Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Növbədənkənar parlament seçkilərinin tarixi bilindi?
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili toplantının keçirilməsinin səbəbi bilinib.
Unikal.org-un məlumatına görə, toplantının təcili keçirilməsinə səbəb, 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi ilə bağlı müzakirələrdir.
Dörd il əvvəl seçilmiş 125 yerlik Azərbaycan parlamentində deputatların başqa vəzifələrə təyin olunması və bir vəfat halı ilə bağlı Milli Məclisdə xeyli boş yer əmələ gəlib.
Belə bir şəraitdə mümkün növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı YAP-ın Siyasi Şurasında qərar qəbul edilib.
Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış