Biz ABŞ və ya Avropada deyilən hər sözə fikir vermirik.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov SES TV-yə müsahibəsində Devid Rokfellerin Asiyanı fəth etmə yolunun Qafqazdan keçməsinə dair sözlərini şərh edərkən deyib.
“Azərbaycanın öz xarici siyasət kursu var və biz öz milli maraqlarımızı necə qoruyacağımızı bilirik. Buna bənzər bəyanatlar isə müəyyən məqsədlərlə edilir və onlara fikir vermək lazım deyil. Azərbaycan KİV-in belə məsələlərdə diqqətli olması lazımdır. Rokfeller isə öz işi ilə məşğul olsa yaxşıdır”, - o deyib.
Rusiya-Azərbaycan əlaqələrinə gəldikdə isə o, bu əlaqələrin normal inkişaf etdiyini vurğulayıb.