Tanınmış telejurnalist, şair Vidadi Tağızadə dünyasını dəyişib.
Oxu.Az Milli.az-a istinadla xəbər verir ki, “Dünya tv”-də canlı olaraq yayımlanan “Bu Sabah” verilişində şairin vəziyyəti qəflətən pisləşib və o keçinib. Onun ölüm anı anbaan görüntülənib.
Bildirək ki, şair-jurnalist bu yaxınlarda 60 yaşını qeyd etmişdi. Son kitabının nəşri də yubileyinə təsadüf etmişdi.
Allah rəhmət eləsin!