Prezident İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iclasında iştirak etmək üçün Bakıya gələn Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyi qəbul edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq əlaqələri müzakirə edilib, iki dövlətin parlamentlərarası əlaqələrinin daha da genişləndiriləcəyindən söhbət açılıb. TBMM-nin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi ifadə olunub.
Qeyd edək ki, Bakıda Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) 5-ci plenar iclası başlayıb.
Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrlik Türkiyədən Azərbaycana keçib.
TürkPA-ya 4 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.