ABŞ Konqresində iki oxunuşdan sonra Rusiyanın təcavüzünün qarşısının alınması barədə qanun layihəsi qəbul edilib.
Bu qanuna əsasən, Ukrayna, Moldaviya və Gürcüstan NATO-ya daxil olmadan ABŞ-ın müttəfiqi statusunu ala bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın EspresoTV telekanalı məlumat yayıb.
Mətbu orqanın xəbərində qeyd edilib ki, qanun layihəsi son oxunuşda qəbula hazırlanması üçün profil komissiyasına təqdim edilib.
Nəşrin məlumatına əsasən, adları çəkilən ölkələr (Ukrayna, Gürcüstan, Moldova – red.) NATO-ya üzv olmadan müttəfiq statusu ala bilərlər.
Bu o məqsədlə edilir ki, həmin ölkələr müəyyən dövr ərzində NATO standartlarına uyğun hesab edilsinlər və həmin dövlətlərə Şimali Atlantika Alyansının müdafiə sistemləri yaxud müdafiə xidmətlərini təqdim etmək mümkün olsun.
Bununla yanaşı, layihə ABŞ prezidenti Barak Obamaya ABŞ Silahlı qüvvələrinin Ukrayna, Gürcüstan və Moldova, Azərbaycan, Bosniya və Herseqovina, Kosovo, Makedoniya, Monteneqro və Serbiyanın Silahlı qüvvələri ilə qarşılıqlı fəaliyyətini yüksəltməyi, eləcə də ABŞ və NATO-nun bu ölkələrin təhlükəsizliyinin təminatında səylərini artırmağı tövsiyə edib.