Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Okamponun anti-Azərbaycan hesabatının ifşası BMT-nin rəsmi sənədi kimi yayıldı
Böyük Britaniyalı vəkil Rodni Diksonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş birinci prokuroru Luis Okamponun Azərbaycan əleyhinə rəyini ifşa edən hesabatı BMT-nin rəsmi sənədi kimi dərc olunub.
Hesabatda bildirilir ki, Okamponun rəyi hüquqi baxımdan əsaslı şəkildə qüsurludur, çünki o, hərtərəfli, müstəqil və qərəzsiz ekspert rəyinin metodologiyasını əks etdirmir, hüquqi kontekstdə və mövcud sübutların rasional təhlilinə imkan vermir, eləcə də Ermənistan və Azərbaycan arasında Beynəlxalq Məhkəmədəki prosesləri yanlış səciyyələndirir.
Dikson belə nəticəyə gəlir ki, hazırda guya Qarabağın erməni əhalisinin qondarma “soyqırımı”nın baş verdiyi iddiası heç bir dəlillə təsdiqlənmir və beynəlxalq ictimaiyyət bunu və iddia edilən nəticələri qəbul etməməlidir.
O qeyd edir ki, “soyqırımı” ilə bağlı saxta ittihamlar beynəlxalq hüquqa əsasən məsuliyyətə cəlb olunan qanunsuz əməllərdir.
Xatırladaq ki, Luis Moreno Okampo avqustun 7-də Azərbaycanın Qarabağ bölgəsində guya “soyqırımı” baş verdiyini iddia edən “hüquqi rəy” dərc etmişdi.
"BMT" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- BMT: "Azərbaycanda inflyasiya azalacaq"
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB