Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Opinion Way”: “Azərbaycanda parlament seçkilərində seçicilərin fəallığı 55,6 faiz təşkil edib” - SİYAHI
9 fevralda Azərbaycan Milli Məclisinə seçkilərdə seçicilərin fəallığı 55,6% təşkil edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məntəqələrdə “exit-poll” keçirən Fransız Sosioloji Araşdırmalar İnstitutu “Opinion Way”in mətbuat konfransında bildirilib.
“Təşkilatımız bütün Azərbaycan ərazisində 236 məntəqədə sorğu keçirib. 10 119 nəfər sorğuda iştirak edib”, - “Opinion Way”in nümayəndəsi qeyd edib.
Mətbuat konfransında qeyd edilib ki, öz dairələrində lider olan namizədlər arasında bu şəxslər yer alıb: Oqtay Əsədov, Rasim Musabəyov, Azay Quliyev, Sevinc Fətəliyeva, Qüdrət Həsənquliyev, Ziyad Səmədzadə, Səməd Seyidov, Qənirə Paşayeva, Ziyafət Əsgərov, Zahid Oruc və b.
Rasim Babayev
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"