Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ötən gün 17 azərbaycanlı Almaniyadan geri qəbul edilib
Azərbaycan vətəndaşı olan 17 nəfər mayın 6-da Almaniyadan geri qəbul edilib.
Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, proses "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində baş tutub.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
"Dövlət Miqrasiya Xidməti (DMX)" teqi üzrə xəbərlər
- "Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?
- Bu gün 27 mindən çox şagird imtahan verib: Bir nəfərdə "ağıllı" saat aşkarlanıb
- Xidmət rəisi: "Bakı Bəyannaməsi növbəti illər üçün əsas istiqamətləri müəyyən edir"
- İki minə yaxın əcnəbi saxlanıldı - Müxtəlif vədlərlə aldadılaraq Azərbaycana gətirilibmişlər
- Natəvan Bayramova vəzifədən azad edildi