Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Baş nazir Əli Əsədovu qəbul edib
Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulanıb.
İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- Aygün Attar: "Prezident İlham Əliyevin çıxışı üzlərdə təbəssüm, əminlik yaratdı"
- Prezident Ərdoğan: "Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır"
- Ərdoğan: "Azərbaycan məhəlləsi" Türkiyə və Azərbaycanın həmrəyliyinin və birliyinin nümunəsidir"