Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.
Novruz Məmmədov türk dilində yazdığı tvitlərdə aşağıdakıları bəyan edib:
“Belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir. Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsa idi, yaxşı olardı. Onda anlayardı ki, “Twitter”də yazdıqlarını oxuyanda ilk yada düşən ölkə elə ABŞ olur”.