Pakistanın nüfuzlu ingilisdilli qəzetlərindən olan “Pakistan Observer” qəzeti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi 2013-cü ilin adamı elan edib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim, Pakistanın ali ordeni ilə təltif olunmuş Zahid Malik qəzetin ön səhifəsində nəşr etdiyi “İlham Əliyev - 2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi prezident modeli” xüsusi reportajında Avrasiya siyasi arenasında özünü təsdiq etmiş parlaq siyasətçi, oktyabrın 9-da seçkilərdə xalqın etimadını qazanaraq yenidən Azərbaycanın prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevi xidmətlərinə görə “2013-cü ilin adamı” adına layiq görüldüyünü bildirib.