Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Ambassador Qasim Mohiuddin met with H.E. Jeyhun Jalilov, Plenipotentiary Representative of the President of the Republic of Azerbaijan in the Nakhchivan Autonomous Republic. They discussed strengthening cooperation under the twinning programme between the historic cities of Lahore and Nakhchivan. Earlier, the Ambassador paid his respects to the memory of Azerbaijan’s National Leader, H.E. Heydar Aliyev, at his monument. He also visited the Heydar Aliyev Museum, which showcases the life and legacy of the great statesman. The Ambassador also visited the Duzdag Physiotherapy Centre and the Nakhchivan Regional Information Centre for Persons with Physical Disabilities. He expressed his deep admiration for the dedication of the doctors and therapists and commended the resilience and determination of the patients receiving treatment at these institutions.
— Pakistan Embassy Azerbaijan (@PakinAzerbaijan) November 16, 2026
"Görüş zamanı tarixi Lahor və Naxçıvan şəhərləri arasında qardaşlaşma proqramı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan əvvəl diplomat Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla anıb.
Daha sonra o, dahi dövlət xadiminin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyinə də baş çəkib. Səfirin proqramına Duzdağ Fizioterapiya Mərkəzi və Naxçıvan Regional Məhdud Fiziki İmkanlı Şəxslər üçün İnformasiya Mərkəzi ilə tanışlıq da daxil olub. O, həkimlərin və terapevtlərin peşəkarlığını, fədakarlığını yüksək qiymətləndirərək bu müəssisələrdə müalicə alan pasiyentlərin əzmkarlığını və iradəsini xüsusi vurğulayıb", - deyə səfirliyin məlumatında bildirilir.