"Bu gün əziz qardaşım Prezident İlham Əliyevlə gözəl Bakı şəhərində görüşmək şərəfinə nail oldum".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mən Azərbaycan rəhbərliyini, xalqını və hökumətini Qələbə Günü münasibətilə ürəkdən təbrik edirəm və sabahkı möhtəşəm paradı səbirsizliklə gözləyirəm. Biz, həmçinin ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq əlaqələrini nəzərdən keçirdik və ticarət, enerji, kommunikasiya, müdafiə sahələrində əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəldik", - baş nazir qeyd edib.
Had the pleasure and honour to meet my dear brother President Ilham Aliyev in the beautiful city of Baku today, along with Field Marshal Syed Asim Munir.
— Shehbaz Sharif (@CMShehbaz) November 7, 2025
I warmly congratulated the leadership, people, and government of Azerbaijan on their Victory Day, and look forward to the… pic.twitter.com/UXkyb3fe5G