Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Pakistanın baş naziri Azərbaycanın İslamabaddakı səfirliyində olub
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycanın İslamabaddakı səfirliyini ziyarət edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, pakistanlı hökumət başçısı AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.
Məhəmməd Şahbaz Şərif səfirlikdə açılmış xatirə kitabında ürək sözlərini yazıb. Pakistan ilə Azərbaycanın hər zaman həmrəylik nümayiş etdirdiyini vurğulayan baş nazir, Pakistanın Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- İqor Kşnyakinin qızı: "Qəza məni çox təsirləndirdi"
- AZAL təyyarəsində qəza anında nələr yaşandı? - "Son uçuş" sənədli filmi
- Komandir Kşnyakinin ailəsi AZAL təyyarəsinin qəzaya uğradığı yerə gedib
- Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ
- Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək