Pakistanın İrandakı səfirliyinin Azərbaycana təxliyə olunan əməkdaşı Nadeem Basit Xan azərbaycanlıların çox yaxşı ev sahibi olduqlarını söyləyib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.
"Mən indicə Azərbaycana gəldim. Buradakı insanlar çox yaxşıdırlar, çox yaxşı ev sahibidirlər, eyni zamanda, çox səmimidirlər", - deyə o vurğulayıb.
Qeyd edək ki, fevralın 28-dən bu günə kimi İrandan Azərbaycana ümumilikdə 141 Pakistan vətəndaşı təxliyə olunub.
