Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Pakistanın Milli Gününün 85-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib
Pakistan İslam Respublikasının Milli Gününün 85-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
Oxu.Az xəbər verir ki, rəsmi qəbul hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin tədbirdə çıxış edib və Azərbaycan ilə Pakistan arasındakı siyasi əlaqələrdən və sıx dostluq münasibətindən danışıb:
"İki böyük xalqımız arasında dostluq və qardaşlıq həqiqətən də həmrəyliyin rəmzi, qarşılıqlı sevgi və hörmət əsaslanan əməkdaşlığın güclü nümunəsidir".
Tədbirdə çıxış edən Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev bildirib ki, Azərbaycan ilə Pakistan arasında əlaqələr 1991 - ci ildə ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra qurulub:
"Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Həmin ildən Bakı ilə İslamabad arasında strateji əlaqələr qurulmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Pakistan ilə münasibətlərə xüsusi önəm verir ki, bu da iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyır. Pakistan ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə mühüm və əlamətdar hadisədir. Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunub, hər iki tərəf qarşılıqlı əlaqələrin gücləndirilməsini qeyd edib".
"İllərdir Pakistan rəsmi Bakının mövqeyini dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz bir-birini dəstəkləməyə davam edir. Qeyd etmək yerinə düşər ki, Pakistan Senatı Xocalı soyqırımının tanınması barədə qəbul edib. Həmçinin Pakistan Azərbaycan ərazilərinə təcavüz etdiyinə görə Ermənistanı dövlət kimi tanımır. Bu qərarlar ölkələrimiz arasında sarsılmaz dəyərin nümunəsidir", - deyə nazir əlavə edib.
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- Bakıda korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq tədbir keçirilir
- İlham Əliyev Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb
- Kamran Əliyev: "Korrupsiya təkcə qanunun pozulması deyil, gələcək nəsillərin ümidlərinə zərbədir"
- Nazir müavini: "COP29-dan sonra Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq"
- Deputat: "Azərbaycan dünyada bir-biri ilə rəqabət aparan ölkələr arasında balans seçməyi bacarır"