Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Parisdə Azərbaycanın süni intellekt sahəsində ilk rəsm cihazı SHUSHA təqdim edilib
Parisdə Azərbaycanın Fransadakı səfirliyi və İstanbul Rəqəmsal İncəsənət Festivalı Təşkilat Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə həm gələcəyin incəsənəti, həm də xalqımızın zəngin irsi bir araya gəlib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, IDAF 25-in Paris təqdimatı çərçivəsində, Azərbaycanın ilk süni intellekt rəsm aparatı SHUSHA Fransa ictimaiyyətinə təqdim olunub.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Türkiyənin Fransadakı səfiri, diplomatik nümayəndəliklər, yerli sənətsevərlər, jurnalistlər və fotoqraflar iştirak ediblər.
Tədbirdə çıxış edən L.Abdullayeva süni intellektin yalnız gələcəyin texnologiyası deyil, həm də mədəni dəyərlərimizin qorunmasında və yeni yaradıcılıq formalarının yaranmasında mühüm vasitə olduğunu vurğulayıb.
İstanbul Rəqəmsal İncəsənət Festivalının təşkilatçıları SHUSHA-nın bu adı daşımasının Azərbaycanın mədəniyyət tarixində Şuşa şəhərinin tutduğu önəmli mövqedən irəli gəldiyini qeyd ediblər. Tədbir çərçivəsində qonaqlara Qarabağ və onun mədəni irsi haqqında geniş məlumat təqdim olunub. Şuşanın Azərbaycanın mədəniyyət beşiyi, dahi sənətkarların və ilham qaynaqlarının məkanı olduğu vurğulanıb.
Qeyd edək ki, IDAF (Istanbul Digital Art Festival), rəqəmsal incəsənət sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq sənətçiləri bir araya gətirən platformadır. Festival, rəqəmsal texnologiyalarla yaradılan incəsənət əsərlərini nümayiş etdirir və bu sahədəki yenilikləri izləyicilərə təqdim edir. Festivalın əsas məqsədi, rəqəmsal incəsənətin müxtəlif aspektlərini araşdırmaq və bu sahədəki yenilikləri izləyicilərə təqdim etməkdir.
"Şuşa" teqi üzrə xəbərlər
- Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala konsert keçirilib
- Azərbaycan və Türkiyə generalları nələri müzakirə etdilər?
- Baş katib: "Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik"
- Bu günədək azad edilmiş ərazilərdə neçə həkim və tibb işçisi işlə təmin edilib?
- Məhkəmədə azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasəti ifşa edilib