Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi və qoşunların qarşıdurma xəttində gərginləşən vəziyyətlə bağlı müzakirə keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, Report bu barədə “Radio France İnternational”a (RFI) istinadən xəbər verir.
RFI-nin məlumatına görə, gələn həftə, martın 8-9-da, Ermənistan prezidenti Serj Sarqsyan Fransaya səfər edəcək. Səfər diplomatik əlaqəlarin qurulmasının 25-illiyinə həsr olunub. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə ediləcək.
RFI xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmçinin martın ortalarında Parisə səfəri planlaşdırırlır.
N.О.