Paytaxt sakini polisə müraciət edərək dostunun naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Polis əməkdaşları adam qaçırtma ilə əlaqədar işin üstünü açaraq girovu azad ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Xətai Rayon Polis İdarəsindən bildiriblər.
“Bakı sakini, 1980-ci il təvəllüdlü Əsgərov Samir Hüseyn oğlu martın 2-də polisə ərizə ilə müraciət edərək fevralın 28-də dostu, 1990-cı il təvəllüdlü Abbasov Sənan Murad oğlunun naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Şikayətçinin sözlərinə görə, dostu pul borcuna görə oğurlanıb. Borcun miqdarı isə iki min beş yüz manatdır”., - Xətai RPİ bildiriblər.
Fakt üzrə Xətai rayon polis İdarəsinin və prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İstıntaqın gedişatında müstəntiqlər cinayətkarların izinə düşüblər. Şübhəlilər 1993-cü il təvəllüdlü Səmədzadə Ağakərim Nadir oğlu, onun 1996-c il təvəllüdlü qardaşı Səmədzadə Fərid Nadir oğlu və 1990-cı il təvəllüdlü Sultanov Ziya Elşad oğlu olub.
Məlum olub ki, Abbasov Ağakərim Səmədzadədən borc alıb. Abbasovdan borcu geri almaq üçün Səmədzadə onu oğurlayıb girov saxlamaq qərarına gəlib. Bunun üçün cinayətkarlar Naximov küçəsində 15 saylı evdə mənzil kirayəyə götürüblər. Mənzilin sahibi Məhi İsmayılovdur. Martın 2-də əməliyyatçılar hər üç cinayətkarı saxlayıblar və girov azad edilib. fakt üzrə AR CM 114-cü maddəsi üzrə (adam oğurluğu) cinayət işi açılıb.
E.Ə.
www.oxu.az