Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Parlament seçkisində ən çox məntəqə sayı olan seçki dairəsi məlum olub
Növbədənkənar parlament seçkisində ən çox məntəqə sayı 80 saylı Lerik-Astara Seçki Dairəsində fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində yerləşdirilən paneldə qeyd edilib.
Məlumata görə, həmin dairədə 127 seçki məntəqəsi fəaliyyət göstərir. 80 saylı seçki dairəsindəki seçicilərin ümumi sayı isə 46 822 nəfərdir.
MSK-nın məlumatına görə, ən az məntəqə sayı 122 saylı Xankəndi Seçki Dairəsindədir. Burada 16 seçki məntəqəsi formalaşdırılıb. Xankəndidəki seçicilərin ümumi sayı isə 6 693 nəfərdir.
Qeyd edək ki, sentyabrın 1-i saat 17:00-a olan nəticələrə əsasən, 122 saylı Xankəndi seçki dairəsi seçici fəallığına görə liderdir. Bu saata qədər dairədəki seçicilərin 49.48 faizi səs verib.
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Yanvarın 29-da ölkə üzrə neçə seçki məntəqəsi fəaliyyət göstərəcək?
- Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi
- Məzahir Pənahov qeydə alınan namizədlərin ən son sayını AÇIQLADI
- Bələdiyyə seçkisi ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıldı
- Bələdiyyə üzvlüyünə namizədlər müəyyənləşib