"İndiyə qədər 39 qurumdan 46 ölkənin vətəndaşları müşahidəçi kimi qeydə alınıblar".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin sayı 321, yerli müşahidəçilərin sayı isə 93 min 964 nəfərdir.
"Onlardan 88 min 105 nəfər DSK-larda, 5 min 859 nəfər isə MSK-da qeydiyyatdan keçib", - deyə o bildirib.
Parlament seçkisini izləyəcək müşahidəçilərin sayı açıqlandı
Mərahim Nəsib