Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər üzrə məhkəmələrə hakimlər təyin ediləcək.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, aşağıdakı şəxslərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilməsi təklif olunub:
- Aytən Heydər qızı Əliyeva - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
- Telman Qulaməli oğlu Hüseynov - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
- Elnur Aləm oğlu Nuriyev - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
- Fərid Sabir oğlu İsmayılzadə - Şəki İnzibati Məhkəməsinin hakimi
- Elşən Uğur oğlu Abdullayev - Şirvan Kommersiya Məhkəməsinin hakimi
- Elməddin Mirpaşa oğlu Hüseynov - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
- Rəna Nazim qızı Qafarova - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi;
Layihədə Vahid Nəriman oğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi, Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif olunub.
Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif edilib.
Eyni zamanda aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub:
- Etibar Mustafa oğlu Mustafayev - Şəki İnzibati Məhkəməsinin hakimi
- Anar Əlifağa oğlu Əsgərov - Ağsu Rayon Məhkəməsinin hakimi.
Şirvan Apellyasiya Məhkəməsi üzrə aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:
- Fəxri Hümmət oğlu Hacızadə - Şəki İnzibati Məhkəməsinin hakimi
- Nicat Rauf oğlu Ağabəyov - Lənkəran Rayon Məhkəməsinin hakimi.
Yekunda qərar layihələri səsə qoyularaq bir oxunuşda qəbul olunub.