"Azərbaycanla sülh müqaviləsinin mətnində son ştrixlərə düzəlişlər edilməlidir, bundan sonra sənəd imzalana bilər".
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə bildirib.
O qeyd edib ki, sülh müqaviləsi layihəsinin mövcud mətni kifayət qədər yetkindir.
"Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq", - deyə o vurğulayıb.
Mənbə: "Sputnik" Ermənistan