Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır”
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin tərəfdarı olduğunu bildirib.
“Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının əleyhinə deyil, əksinə, biz bunun tərəfdarıyıq. Bu, Ermənistan üçün çox mühüm layihədir. Biz doğrudanmı regionda nəqliyyat kommunikasiyalarının açılmasının əleyhinəyik? Xeyr, biz Türkiyə ilə Azərbaycan, eləcə də Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında Ermənistan ərazisindən kommunikasiyanın qurulmasının tərəfdarıyıq”, - deyə Paşinyan parlamentdə deyib.
O, regional kommunikasiyaların, qaz və neft kəmərlərinin, elektrik şəbəkələrinin Ermənistan ərazisindən keçməsinin əleyhinə olmadığını bəyan edib. Bir şərtlə ki, kommunikasiya xətləri keçəcək ölkələrin suverenliyinə hörmətlə yanaşılsın.
Mənbə: Novosti Armeniya
"Culfa" teqi üzrə xəbərlər
- Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq
- Azərbaycanlı ustanın alovla fəndi, Finlandiyaya ixrac olunan təndir - Naxçıvandan REPORTAJ
- Ayaz Hüseynov: "Culfa şəhərində yeni külək stansiyası yaradılıb"
- Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
- Naxçıvanda qarın hündürlüyü 23 santimetrə çatıb - FOTO