Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Paşinyan: "Ermənistan Azərbaycana delimitasiya ilə bağlı təklif göndərib"
Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər göndərib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib.
"Biz Azərbaycana prosesin davam etdirilməsinin məntiqi və konkret istiqamətinə dair yazılı təkliflər göndərmişik. İndi onların cavabını gözləyirik", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, sənəd həm delimitasiyaya yanaşmaları, həm də işlərin davam etdirilməsinin təklif olunduğu sahələri əhatə edir. İlkin razılaşmaya əsasən, tərəflər şimaldan cənuba doğru - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar. Ermənistan tərəfi növbəti mərhələnin hansı sahədə başlana biləcəyini göstərib.
"Delimitasiya" teqi üzrə xəbərlər
- Xronika: "Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir"
- Azərbaycan-Ermənistan delimitasiya komissiyasının on birinci görüşü keçirilib
- Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"
- Ekspert delimitasiya prosesinə mane olan səbəbləri AÇIQLADI
- Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"