Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paşinyan Ermənistanın baş naziri olmaqdan imtina etməsinin şərtini açıqlayıb
Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin onun "Qarabağ hərəkatı"na son qoymaq qərarına müqavimət göstərəcəkləri təqdirdə respublikanın baş naziri olmayacağını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Ermənistan Respublikasının baş naziri kimi mən qərar qəbul etmişəm ki, "Qarabağ hərəkatı" davam etməməlidir. Əgər Ermənistan xalqı mənim qərarıma qarşıdırsa, o zaman mən Ermənistan Respublikasının baş naziri olmayacağam. Nə qədər ki, mən baş nazir olaraq qalıram, bu, Ermənistanın rəsmi mövqeyidir", - o bildirib.
"Qarabağ hərəkatı" 1988-ci ildə hələ Sovet İttifaqının tərkibində olan və ideoloji əsasında ölkənin 1991-ci ildə müstəqilliyini elan etdiyi Ermənistanda başlanmış hərəkat hesab olunur.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib"
- Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
- Fuad Hüseynəliyev: "Paşinyan əhalini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandırmalıdır"
- Paşinyan: "Əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmirdi"
- Paşinyan: "Ermənistan və Azərbaycan arasındakı müharibəni unudun"