Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür.
Paşinyan "Tramp marşrutu"nun icra mərhələsindən danışdı. Ermənistanın baş naziri layihənin detallarını açıqladı.
Bir milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxslər saxlanıldılar. Daxili İşlər Nazirliyi xarici ölkələrin polis orqanları ilə birgə növbəti əməliyyatını keçirdi.
Bərdə və Ağdamda silah alveri edən dəstə ifşa olundu. Aralarında qadın olmaqla dörd nəfər həbs edildi.
Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi ortaya çıxdı. Dəhşətli cinayətin təfərrüatı məlum oldu.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: