"Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamaq niyyətindədir".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
"Biz bu istiqamətdə iş aparacağıq", - deyə Ermənistan lideri bildirib.
Paşinyan qeyd edib ki, TRIPP-in ratifikasiya prosesi yaxın vaxtlarda başlamalıdır:
"Ermənistan dünyanın qovşağına çevrildiyi bir vaxtda bunun, həqiqətən də, vəziyyəti dəyişdirəcək bir layihə olduğunu qəbul etmək vacibdir".