Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paşinyan: “Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq”
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə prezidenti Ermənistanla münasibətlərin normallaşması ehtimalını açıq şəkildə şərh edib.
“Bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Biz daha geniş kontekst əldə edə biləcək belə bir söhbətə hazırıq”, - deyə Paşinyan bildirib.
Ermənistan baş naziri qeyd edib ki, əslində söhbət bölgənin Şimalını Cənubla, Şərqini Qərblə birləşdirəcək bir qovşağa çevrilməsindən gedir.
Paşinyan əlavə edib ki, Rusiya bu prosesə kömək etməyə hazır olduğunu bildirib. Avropa İttifaqı, xüsusən Fransa və ABŞ da bu prosesdə maraqlıdır. Çin və Hindistanın bölgədəki kommunikasiya layihələrinin inkişafına münasibəti də məlumdur.
Mənbə: “Sputnik Ermənistan”
"Çin" teqi üzrə xəbərlər
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub