Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paşinyanın bülletenləri gətirilməyib
Ermənistanda növbədənkənar parlament seçkilərində bir sıra qanun pozuntuları qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu haqqda Sputnik Armenia məlumat yayıb. Loriysk vilayətinin 22/26 seçki məntəqəsində Nikol Paşinyanın rəhbəri olduğu blokun bülletenləri gətirilməyib.
Buna görə də seçki məntəqəsində səsvermə dayandırılıb.
Bildirilir ki, növbədənkənar parlament seçkilərində səsvermə zamanı pozuntuların olması barədə yeni xəbərdarlıq siqnalları gəlməyə başlayır.
Məlum olub ki, Razdanda, 26/14 seçki məntəqəsində müşahidə kameraları işləmir. 13/2 seçki məntəqəsində isə yaxasında bəcik olan naməlum şəxs səsvermə otağına yaşlı adamla daxil olub.
Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Səsvermə 20:00-dək davam edəcək.
Oxu.Az yeniləndi!
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
- Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi
- Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqlədi
- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda erməni həmkarı ilə görüşüb