Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanın Prezidentin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb və Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Bu barədə Oxu.Az Rusiyanın Təhlükəsizlik Şurasının məlumatına istinadla xəbər verir.
“Tərəflər Rusiya və Azərbaycanın milli və regional təhlükəsizlik məsələlərində iki ölkənin təhlükəzilik şurası apparatlarının qarşılıqlı əlaqələrinin dərinləşdirilməsi, həmçinin Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığının gücləndirilməsini müzakirə ediblər”, - məlumatda deyilir.
Qeyd edək ki, Nikolay Patruşev Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla da görüşüb. Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, terrorizm, ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, həmçinin I Avropa Oyunları çərçivəsində keçiriləcək kütləvi tədirlərdə təhlükəsizlik tədbirləri müzakirə olunub.