Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Peşə birlikləri və sosial sifarişlər haqqında qanunlar dəyişdirilir
Yanvarın 23-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
Oxu.Az xəbər verir ki, komitənin sədri Əli Hüseynli əvvəlcə 2018-ci ilin payız sessiyası dövründə görülən işlər barədə məlumat verərək bildirib ki, hesabat dövründə komitənin 25 iclası keçirilib və 169 məsələ müzakirə olunub.
Sonra komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib.
İşlər planına Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, eləcə də, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, bir sıra qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilib.
Bildirilib ki, “Peşə birlikləri haqqında” qanun layihəsi bu fəaliyyət növünün hüquqi tənzimlənməsi məqsədini daşıyır, eyni zamanda, bu sahədə çalışan insanların hüquqlarının qorunmasına xidmət edir.
“Sosial sifarişlər haqqında” layihəsinə isə QHT-lərin, vətəndaş cəmiyyətlərinin bir çox sosial əhəmiyyətli layihələrin icrasında iştirakının qanunla tənzimlənməsi baxımından ehtiyac olduğu qeyd edilib.
İclasda “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri ikinci oxunuşda müzakirə edilib.
Diqqətə çatdırılıb ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının tətbiqi məqsədilə hazırlanıb.
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci oxunuşda baxılıb.
Bildirilib ki, sənəd Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə uyğunlaşdırma və MM haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Eyni zamanda, gündəlikdəki “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin təsvirinin təsdiq edilməsi haqqında”, “Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İnzibati icraat haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” qanunda, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda, eləcə də, Seçki Məcəlləsində, Əmək Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də müzakirə edilib.
Bildirilib ki, nəzərdə tutulan bütün dəyişikliklər texniki xarakter daşıyır.
Müzakirələrdən sonra bütün qanun layihələri MM-in plenar iclasına tövsiyə edilib.
Kamil HƏMZƏOĞLU
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Xəstənin ölümündə günahlandırılan həkimlə bağlı qərar ləğv edildi
- Ali Məhkəmədən qəsdən adam öldürmə cinayətləri ilə bağlı mühüm qərar
- Azərbaycanlı iş adamının 2.5 milyon manatını ələ keçirən şəxsin bəraəti ləğv edildi
- Bizneslə bağlı zəruri məlumatların əks olunduğu icmal hazırlandı
- Aliment borcunun silinməsi ilə bağlı Ali Məhkəmədən mühüm QƏRAR