Macarıstanın Azərbaycandan 800 milyon kubmetr həcmində qaz alacağı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkə hesabında məlumat verib.
"Daha bir təbii qaz alışı ilə bağlı razılaşma əldə olundu: Bu dəfə Azərbaycanla. İki il ərzində bu ölkədən 800 milyon kubmetrlik həcmində qaz alacağıq", - deyə Siyarto bildirib.