İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, bu barədə İran prezidenti "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi - FOTO - VİDEO
"Qardaşım İlham Əliyevlə söhbətimdə Azərbaycan hökumətinin və xalqının həmrəylik və dəstəyinə görə minnətdarlığımı bildirdim. Dost və qardaş xalqlar çətin anlarda bir-birini tanıyır və sivilizasiya kökləri nə qədər dərindirsə, bu bağ bir o qədər möhkəm olur" , - deyə o paylaşımında yazıb.
