Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pirallahı qəsəbəsinə 300 min manat ayrıldı
Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.
Sərəncamla Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 300 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, bu sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Hesablama Palatası Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində nöqsanlar aşkar edib
- Naxçıvanda 32.5 milyon manatlıq yeyinti üzə çıxdı - Materiallar prokurorluqda
- İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib
- AAYDA-ya doqquz milyon manat vəsait ayrıldı – SƏRƏNCAM
- Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb