Rusiya və Azərbaycan mənən yaxındırlar, iki ölkə bir-biri ilə sıx bağlıdırlar və bunu dəyişmək mümkün deyil.
Oxu.Az “MİR 24” telekanalına istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva Dövlət Universitetinin (MDU) tələbələri ilə görüşdə deyib.
Səfir tarixdə olanlardan üz çevirməməyə və 300 ildən çox dostluq dövründə olan yaxşı nailiyyətləri qorumağa çağırıb.
“Nəzərə almaq lazımdır ki, biz bir coğrafi məkanda yaşayırıq. Dahilərdən biri deyib ki, coğrafiya – taledir. Və təbii ki, Avrasiya məkanında yaşayan xalqlar, ölkələr coğrafi baxımdan bir-biri ilə bağlıdırlar və siyasi sistemə baxmayaraq, bunu heç cürə dəyişmək olmaz”, - Bülbüloğlu deyib.