2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində kulminasiya nöqtəsi olmalıdır.
Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, quruma daxil olan dövlətlərin başçılarının verdiyi bəyanatda göstərilir ki, mütləq şəkildə Ermənistan danışıqlar masasına əyləşməli, proseslər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bu fikirləri Baku TV-yə müsahibəsində politoloq Arzu Nağıyev səsləndirib. O, 2018-ci ildə Azərbaycanda baş verən əsas siyasi hadisələr barədə də danışıb.