Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Politoloq: “Aİ birlik ölkələrinin problemlərinin öhdəsindən gəlməkdə acizdir”
“Ümumavropa strukturları getdikcə daha çox nəzarətə can atırlar. Eyni zamanda təşkilat daxilində istənilən problemin öhdəsindən gəlməkdə acizdirlər. Hazırda kənd təsərrüfatında vəziyyət belədir”.
Bunu “Report”a açıqlamasında polşalı politoloq, Beyrutdakı Sent-Jozef Universitetinin Tarix və Beynəlxalq Münasibətlər fakültəsinin professoru Yakub Koreyba deyib.
“Onlar (fermerlər) təkcə bu və ya digər qanuna etiraz etmirlər, bürokratik, mərkəzləşdirilmiş və eyni zamanda tamamilə təsirsiz bir qurum olan Avropa İttifaqının (Aİ) bütün modelinə etiraz edirlər”, - deyə Avropada davam edən son fermer etirazlarına münasibət bildirərkən söyləyib.
Ekspertin sözlərinə görə, bu o deməkdir ki, Aİ-nin daha çox güc tətbiq etmək istəyi, bir o qədər də effektsiz olur:
“Avropalı fermerlərin vəziyyətinin səbəbi budur. Onları problemləri həll etmək iqtidarında olmayan, həm də bu problemləri yaradan bir institut idarə edir”.
Polşalı politoloq bildirib ki, Ursula fon der Lyayenin özünü effektiv antiböhran meneceri, eləcə də, lider kimi göstərmək şansı var:
“Çünki onun sədrliyi dövründə Aİ bir sıra böhranlarla, o cümlədən miqrasiya, enerji, sərhəd problemləri, Ukrayna müharibəsi, Yaxın Şərqin gərginləşməsi və s. ilə üzləşib”.
“Ursula fon der Lyayen vəzifələrini yerinə yetirə bilmədi. Əksinə, o, özünü sadə insanların taleyinə əhəmiyyət verməyən biganə Avropa bürokratı kimi göstərdi”, - deyə politoloq qeyd edib.
O vurğulayıb ki, avropalılar bilmirlər ki, Aİ nə üçün mövcuddur və hansı məqsədlərə xidmət edir.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Akif Çağatay Kılıc: "Təhlükəsizlik Şurasında yalnız 5 dövlətin söz deməsi ədalətli deyil"
- Makronun Fransa üçün ən böyük "nailiyyəti" - Paris autsayder vəziyyətinə salınıb
- "The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz
- Prezident: "Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır"
- Prezident: "Bəzən sülhə nail olmaq üçün gücdən istifadə etməlisiniz"