Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qurudulan yaşıllıq sahədə abadlıq işlərinin aparılmaması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO
“Paytaxtın Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin əməkdaşları tərəfindən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılma işləri aparılıb”.
Bu barədə Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
“Ərazidə olan tikinti və lövhəyə gəldikdə isə məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyyə olunur”.
17:24
Paytaxtın Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən beşmərtəbəli binanın sakinləri həyətyanı sahənin hələ də bərbad vəziyyətdə qaldığından şikayətçidirlər.
Onlar şikayətlərini yenidən Oxu.Az-ın redaksiyasına ünvanlayıblar. Sakinlər bildiriblər ki, ərazidə heç bir abadlıq işi görülməyib:
“Biz, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 31 ünvanında yaşayan sakinlər 29.01.2024-cü il tarixdə beşmərtəbəli binanın qapalı həyətyanı sahədə bərbad vəziyyətdə olan çoxəsrlik ağacların quruması ilə bağlı, şəhərin mərkəzində, sözügedən ərazidə olan bu gözəl yaşıllıq guşəsində abadlıq işlərinin aparılmasına görə müvafiq qurumlara mürəciət etməyinizi xahiş etmişdik.
Nəzərinizə çatdırırıq ki, mürəciətinizə cavab verən Səbail Rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyi (YTB) ərazidə ağacların bir neçəsində suvarma işləri aparıb və ərazidə olan yarpaqları yığışdıraraq öz işləri barədə sizə hesabat veriblər.
Lakin qurumuş budaqlar kəsilməyib, yeni ağaclar əkilməyib. Tikinti tullantıları yerində qalıb. Heç bir abadlıq işləri görülməyib. Zədələnmiş əsas divar bərpa olunmayıb. Sonradan qoyulmuş taxta lövhələr çıxarılmayıb”.
Məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanladıq.
Həmin fotoları təqdim edirik:
Nəzrin Vahid
Rəylər