Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Politoloq: “Azərbaycan Afrika ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa çalışır”
Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir və bu, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır.
Bunu “Report”a açıqlamasında Rabat Beynəlxalq Universitetinin professoru, siyasi analitik Məhəmməd Çtatu deyib.
“Azərbaycan-Mərakeş əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın 2023-cü ilin noyabrında keçirilən iclası qarşılıqlı anlaşma və dostluq şəraitində keçib. Bu, iki ölkəni birləşdirən çox yaxşı əlaqələri əks etdirir”, - deyə o vurğulayıb.
M.Çtatu qeyd edib ki, komissiyanın ardınca imzalanmış saziş və memorandumlar Azərbaycan ilə Mərakeş arasında əlaqələrin əhəmiyyətli dərəcədə irəlilədiyini göstərir.
Ekspert xatırladıb ki, Mərakeş 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub:
“1992-ci ildə iki ölkə rəsmi olaraq diplomatik əlaqələr qurub. Bununla uzun və səmərəli münasibətlərin əsasını qoyulub”.
Onun sözlərinə görə, ötən illər ərzində Mərakeş ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyəyə çatıb:
“Bu münasibətlər həmrəylik, qarşılıqlı etimad və hörmət, həmçinin hər iki tərəfi maraqlandıran məsələlərdə qarşılıqlı dəstəklə xarakterizə olunur. Buraya dünyada və Mərakeşin və Azərbaycanın yerləşdiyi regionlarda sülhün və sabitliyin qorunması üçün mühüm məqam olan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin toxunulmazlığına dair fikirlərin üst-üstə düşməsi daxildir”.
"Mərakeş" teqi üzrə xəbərlər
- Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak edib
- Fransa müstəmləkələrindən əl çəkmir: Makron və xanımı Mərakeşə "qarmaq atır"
- Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib
- Paris-2024: İlk oyun günündə 16 futbol komandası üz-üzə gələcək - AFİŞA
- Daha bir ölkə ilə viza tələbi ləğv edilib