Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyev yenidən qalib gələcək, çünki hələki ölkədə onun alternativi görünmür.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal bildirib.
O deyib ki, növbəti prezident seçkilərində iqtidar qalib gələcək və birləşmiş muxalifətin yeni yaratdığı Milli Şura heç nə edə bilməyəcək.
“Hazırda Azərbaycanda müxalifət qüvvələri bir yerə toplaşaraq Milli Şura deyilən bir təşkilat yaradıblar və bu təşkilatın başında kinorejissor Rüstəm İbrahimbəyovun dayanması seçkilərdə qalib olma şanslarını minumuma endirir. Çünki R.İbrahimbəyov hansısa maraqlara görə, siyasətə gəldiyini bəyan edib və hazırda ölkədə birləşmiş müxalifətə rəhbərlik edir.”
Politoloq vurğulayıb ki, dünyanın heç bir yerində - istər ABŞ, istər Rusiya, istərsə də digər ölkələrdə seçkinin tam demokratik olması şübhə doğurur:
“Azərbaycanda seçkilərin normal şəraitdə keçiriləcəyinə inanıram. Əminəm ki, bu seçkilərdə hazırkı dövlət başçısı yenidən qalib gələcək və postunu möhkəm saxlayacaq.
Bu gün Azərbaycanda iqtidar çox güclü və möhkəm dayaqlara malikdir. Həmçinin xalq İlham Əliyevi yenidən prezident görmək istəyindədir və buna görə, kimlərinsə ikinci sənət arzusuna düşməsi, prezident olması şansı yoxdur. Bu gün iqtidar xalqın istəyi ilə ölkəni idarə edir. Azərbaycan xalqının istəyi olmadan ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq mümükün deyil.”