Təhsil naziri Mikayıl Cabbarov nazirliyin Facebook səhifəsində ona ünvanlanan sualları cavablandırıb.
Oxu.Az xəbər verir ki, nazir müsahibəsində təhsil sisteminin hazırkı vəziyyətindən, şagirdlərə attestatın verilməsindən və gələcək planlardan danışıb.
Onun sözlərinə görə, təhsil sisteminin gücü müəllimlərin səviyyəsindən yüksək ola bilməz.
“Bu bir aksiomadır və biz bunu qəbul etməliyik. Bu gün müəllimlərin biliklərinin artırılması hər zaman bizim diqqət mərkəzimizdə olacaqdır”.
O həmçinin bildirib ki, attestatın verilməsi korrupsiya üçün bir səbəb kmi istifadə olunurdu.
“Bəzən burda mənfi hallar baş verirdi, attestat verilmirdi. Attestaı bir alət kimi sitifadə edərək müzakirə predmetinə çevrilirdi. Bizim siyasətimiz ondan ibarətdir ki, şagirdlər sağlam mühitdə oxusun. Hər hansı riyakarlıq məqbul olunmazdır. Şagirdin qiyməti ikidirsə, o, iki almalıdır və ya kafi, yaxşıdırsa, elə də olmalıdır. Attestatı, şəhadətnaməsi olmayan şagirdlərin gələcək həyatında sosial həyatda iştirak imkanları da məhdudlaşırdı”.
Oxu.Az həmin müsahibəni oxucularına təqdim edir.
www.oxu.az