Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident: "Ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim"
Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən danışıb.
AZƏRTAC xəbər verir ki, Ermənistanın liderləri ilə dəfələrlə görüşdüyünü, indiki hakimiyyət və ondan əvvəlki prezidentlər ilə də danışıqlar apardığını xatırladan dövlətimizin başçısı qeyd edib: "Baxmayaraq, əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi, mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Müqəddəs Məryəm Ana kilsəsində olub, Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verib
- Prezident İlham Əliyev Kaya Kallası qəbul edib
- Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib
- Qlobal ticarət müharibəsi Çin-Azərbaycan əməkdaşlığına əlavə töhvələr verəcək
- Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb