Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident: "Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var"
"Biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Efiopiyada biz öz səfirliyimizi təsis etmişik ki, həmin qitədə əməkdaşlıq üçün zəmin yarada bilək".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
"Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var", - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, Qoşulmama Hərəkatında sədrliyimiz bizə Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək edib. Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edirlər. COP29-la bağlı dəvətlər göndərdiyini və bir çox Afrika ölkələrinin prezidentlərinin iştiraklarını təsdiqlədiklərini bildirən Prezident İlham Əliyev bunun təmasların qurulması üçün yaxşı fürsət olacağını deyib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"
- Prezident: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"
- Prezident: "Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir"
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
- Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub