Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident: "Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağlamışdı"
"Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları - red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı deyib: "Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfıra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük".
"VII ADA Siyasi Forumu" teqi üzrə xəbərlər
- İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
- İlham Əliyev VII ADA Siyasi Forumu ilə bağlı paylaşım etdi
- Prezident: "Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq"
- Azərbaycan Prezidenti: "Biz Suriya hökumətini dəstəkləyirik"
- Prezident: "USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır"