Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident: "Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik"
"Biz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ (kolonializm - red.) ilə yaxından məşğul olmağa çalışdıq. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub, milyonlarla insan kolonializmin qurbanı olub".
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
"Bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Bu, bizim öhdəliyimiz idi, biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər", - deyə dövlətimizin başçısı vurğulayıb.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
- Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib
- İlham Əliyev Syerra-Leone prezidentini təbrik edib
- Azərbaycan Prezidenti: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"
- Prezident: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"