Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə səlahiyyət verdi
Prezidentin “Fövqəladə vəziyyət haqqında” qanunun icrasının təmin edilməsi barədə fərmanında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmanla sənədin 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilib.
Qeyd edək ki, “Fövqəladə vəziyyət haqqında” qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş “icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.
Ölkə başçısının fərmanı ilə artıq Fövqəladə Hallar Nazirliyi də bu siyahıya daxil edilib.