Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam verib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Xanbabayev Şəmsəddin Hüseynqulu oğlu Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.