Başqa ölkələrdə Olimpiya Oyunları 6-7 ilə hazırlanırsa, Azərbaycan bu işi iki ilə hazırlayıb başa çatdıracaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Koordinasiya Şurasının iclasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, bu oyunları hər bir azərbaycanlı səbirsizliklə gözləyir. İnanıram ki, Birinci Avropa Olimpiya Oyunları Bakıda möhtəşəmliyi ilə seçiləcək. İndi hazırlıqla bağlı işlər sürətlə gedir.