Prezident İlham Əliyevin tapşırığı ilə arzusu reallaşan, Xocavənd rayonunun Xanoba kəndinin balaca sakini Ayaz sevincini bölüşüb.
Oxu.Az AzTV-yə istinadən xəbər verir ki, Ayaz sevincini belə ifadə edib: "İlham baba mənə "KamAZ" göndərdi".
Qeyd edək ki, sakinlərlə görüş zamanı Prezident İlham Əliyev balaca Ayazla səmimi söhbət edərkən azyaşlı ondan "KamAZ" istəmişdi.
Xocavənd rayonunun Xanoba kəndində yaşayan balaca Ayazın arzusu reallığa çevrilib.
Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, Prezident İlham Əliyev martın 17-də kənd sakinləri ilə görüş zamanı Ayazla da söhbət edib. Səmimi dialoq zamanı Ayaz ölkə başçısından "KamAZ" markalı yük avtomobili istədiyini bildirib.
Qısa müddət sonra Prezident Ayazın arzusunu yetirinə yetirib. Ayazın yaşadığı ünvana "KamAZ" markalı yük avtomobili göndərib.